Tibb Kollecinin tələbələrinə Milli Dirçəliş Günü ilə bağlı mühazirə oxunub

Tibb Kollecinin tələbələrinə Milli Dirçəliş Günü ilə bağlı mühazirə oxunub Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov Saatlı şəhərindəki Tibb Kollecində Milli Dirçəliş Günü ilə bağlı "Azərbaycan xalqının inkişaf yolu" mövzusunda mühazirə ilə çıxış edib.
Tədbirdə Bilik Fondunun Saatlı rayonu üzrə nümayəndəsi, məktəb direktoru Təranə Babayeva, Tibb Kollecinin direktoru Kamal Mürsəlov, direktor müavini Sevinc Məmmədova və tələbələr iştirak ediblər.
M.Əhmədov tədbir iştirakçılarını Milli Dirçəliş Günü münasibətilə təbrik edib, bu günün mahiyyəti və Azərbaycanın inkişaf yolundan söz açıb. O, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, keçmiş SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dəstək verməsi, Bakıda tələbə hərəkatı fəallarının etiraz aksiyalarının ümummilli mitinqlərlə nəticələnməsindən danışıb. O, 1988-ci ilin noyabrın 17-dən başlayan meydan hərəkatının bugünkü azad Azərbaycanın milli dirçəlişinin təməlini qoyduğunu qeyd edib.
O dövrdə bir-birinin ardınca hakimiyyətə gələn ölkə rəhbərlərinin siyasi səriştəsizliyi və iradəsizliyinin Azərbaycanda vətəndaş müharibəsinin alovlanmasına gətirib çıxardığını deyən mühazirəçi xalqın bu çətin günündə dünya siyasət arenasında xüsusi yeri olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi çəkişmələrə və digər təhlükələrə son qoyulduğunu vurğulayıb.
Mühazirəçi tələbələrə yaxşı təhsil almalarının, yad təsirlər altına düşməmələrinin, yüksəkixtisaslı kadr kimi yetişmələrinin vacibliyini vurğulayıb, onların suallarını cavablandırıb.

Tibb Kollecinin tələbələrinə Milli Dirçəliş Günü ilə bağlı mühazirə oxunub

Tibb Kollecinin tələbələrinə Milli Dirçəliş Günü ilə bağlı mühazirə oxunub

Tehsil-press.az


Oxşar xəbərlər