Meydan hərəkatı xalqımızın azadlıq ruhunu oyadıb

Meydan hərəkatı xalqımızın azadlıq ruhunu oyadıb Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov xalqımızın milli dirçəlişə nail olmasını böyük bir tarixi prosesin nəticəsi kimi qiymətləndirib.
Universitetin ictimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev vurğulayıb ki, 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatı müstəqil Azərbaycanın təməlini qoyub və xalqın azadlıq ruhunu oyadıb. O, gəncləri tariximizin şanlı səhifələrini yaxşı öyrənməyə və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqli şəkildə gəlməyə çağırıb.
ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova bu əlamətdar günün Azərbaycan üçün əhəmiyyətindən danışıb və müstəqilliyimizin qazanılmasında, möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. O, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında böyük nailiyyətlər qazanıldığını və dahi şəxsiyyətin uğurlu siyasətinin bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Hikmət Əliyev


Meydan hərəkatı xalqımızın azadlıq ruhunu oyadıb

Meydan hərəkatı xalqımızın azadlıq ruhunu oyadıb

Meydan hərəkatı xalqımızın azadlıq ruhunu oyadıb

Oxşar xəbərlər