Belçika hökumətinin üzvləri özünütəcrid rejiminə keçdi

Belçika hökumətinin üzvləri özünütəcrid rejiminə keçdi Belçikanın Baş naziri Aleksandr De Kroo özünütəcrid rejiminə keçib.
De Kroo koronavirus testi müsbət çıxan fransalı həmkarı Jan Kastekslə görüşdüyündən bu addımı atmalı olub.
De Kroo bu gün PCR-test verəcək və mənfi cavab çıxana qədər karantində qalacaq.
Bununla yanaşı, noyabrın 22-si təhlükəsizlik məsələləri ilə bağlı ikitərəfli görüşdə iştirak edən Belçika hökumətinin daha 4 üzvü də test verəcək və mənfi nəticə əldə edənə qədər karantində qalacaqlar. Söhbət xarici və avropa işlər və xarici ticarət naziri Sofi Vilmsdən, müdafiə naziri Lüdovin Dedonderdən, daxili işlər naziri Annelis Verlindendən və ədliyyə naziri Vinsent Van Kvikenborndan gedir.

Tehsil-press.az

Oxşar xəbərlər