Tarixi Muzeyinin əməkdaşları tələbələri Azərbaycan numizmatikası barədə məlumatlandırıblar

Tarixi Muzeyinin əməkdaşları tələbələri Azərbaycan numizmatikası barədə məlumatlandırıblar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri (rus bölməsi) üçün onlayn formatda seminar keçirilib.
Seminarda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova “Sikkələr üzərində etnoqrafik elementlər” və Numizmatika fondunun müdiri tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova “Azərbaycan numizmatikası” mövzusunda məruzələrlə çıxış ediblər.
Seminarda mövcud numizmatik faktlara əsasən Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi, muzeyin numizmatika və xüsusi fondlarında qorunan nadir sikkələr, sikkələr üzərindəki etnoqrafik elementlər barədə ətraflı məlumat verilib, şəhər-zərbxanalarda istehsal edilmiş sikkələrin müasir dövrdə qorunması və tədqiqinin əhəmiyyəti diqqətə çatdırılıb.
Həmçinin xarici kolleksiyalarda qorunan Azərbaycan sikkələri haqqında məlumat verilib.
Sonra suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər