Tələbələr ekoloji sənaye parklarının fəaliyyəti barədə məlumatlandırılıb

Tələbələr ekoloji sənaye parklarının fəaliyyəti barədə məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində “Təmiz Şəhər” Mərkəzində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin ekologiya mühəndisliyi ixtisasının I kurs tələbələri üçün maarifləndirici seminar keçirilib.
“Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev tərəfindən keçirilən seminar “Ekoloji sənaye parklarının ətraf mühitin mühafizəsində rolu” mövzusuna həsr olunub. Seminarda dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılıb, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb. Daha sonra tədbirdə sənaye parklarının fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.
Sonda mövzu ətrafında fikir mübadilələri aparılıb və tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər