Azərbaycan alimlərinin məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərci təşviq ediləcək

Azərbaycan alimlərinin məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərci təşviq ediləcək “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizin beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələri üzrə elmi-tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərci təşviq ediləcək.
Müvafiq Dövlət Proqramında Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib.
Xatırladaq ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

Tehsil-press.az

Oxşar xəbərlər