Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Iclasda Qafqazda baş verən hadisələr də müzakirə olunub.
“Qara dəniz və Qafqazda baş verən hadisələr müzakirə olunub. Biz şimaldakı qonşularımız arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq”, - iclasda bildirilib.
Həmçinin qeyd olunub ki, Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsi, atəşkəs rejiminə tam əməl etməsi və əməkdaşlıq etməsi vacibdir.
Bundan əlavə, görüşdə regional məsələlər, xüsusilə terrorla mübarizə, Suriya və Liviya mövzuları müzakirə edilib. Terror təşkilatlarına heç bir güzəşt edilməyəcəyi vurğulanıb.
İclasda müzakirə olunan mühüm məsələlər arasında iqtisadiyyat da olub. Bildirilib ki, Türkiyənin qurduğu möhkəm infrastruktur üzərində məqsədlərinə uyğun olaraq investisiya, istehsal, məşğulluq və ixracyönümlü iqtisadi siyasətlərin həyata keçirilməsi prosesində qarşılaşdığı və qarşılaşa biləcəyi çətinliklər və təhdidlər qiymətləndirilib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Şurasının iclası üç saat davam edib.
Tehsil-press.az