BDU-da tanınmış bəstəkarın xatirə gecəsi

BDU-da tanınmış bəstəkarın xatirə gecəsi Bakı Dövlət Universitetində (BDU) tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə həsr olunmuş “Bu dünyada izim qalacaq” adlı xatirə gecəsi keçirilib.
Tədbirdə bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılıb, onunla bağlı xatirələr söylənilib.
Universitetin rektoru Elçin Babayev Nailə Mirməmmədlinin BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin rəhbəri olduğu müddətdə onun fəaliyyətindən danışıb. Rektor vurğulayıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi olan N.Mirməmmədli musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayan sənətkarlardandır.
Xalq şairi Baba Vəziroğlu, Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova bəstəkar Nailə Mirməmmədlinin yaradıcılıq yolundan danışıblar.
Zaur Nəbioğlunun aparıcılığı ilə davam edən gecənin musiqili hissəsində Nailə Mirməmmədlinin əsərləri səsləndirilib.
Bəstəkar Nailə Mirməmmədli 500-ə yaxın mahnının, xor aranjimanı, alətşünaslıq, musiqi və onun tədrisi haqqında 67 elmi məqalə və fənn proqramlarının müəllifidir. O, hərbi-vətənpərvərlik mövzusunda gözəl əsərlər yaradıb.

Tehsil-press.az


Oxşar xəbərlər