Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Braziliya Kampinas Universitetinin Qida mühəndisliyi fakültəsinin qida elmləri departamentinin baş elmi işçisi Amin Musəvi ilə görüş olub.
Əvvəlcə UFAZ-ın icraçı direktoru Vazeh Əskərov Amin Musəvini universitetin laboratoriyaları ilə tanış edib və təhsil müəssisəsindəki tədris şəraiti barədə ona ətraflı məlumat verib.
Sonra Amin Musəvi UFAZ tələbələri və müəllimləri qarşısında qida təhlükəsizliyi mövzusunda təqdimatla çıxış edib.
Tehsil-press.az