Avropa İttifaqının maliyyələşdirdiyi "Erasmus+KA 2" proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə işlər davam etdirilir. Layihəyə uyğun olaraq Azərbaycan Texniki Universiteti (AzTU) ilə Aqrar Elm və İnnovasiya Mərkəzi arasında onlayn işçi görüş keçirilib.
Görüşdə universitetdə yaradılan İnnovativ Texnologiyalar Mərkəzinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra məsələlər müzakirə olunub.
Layihə üzrə görülən işlər, elmi-tədqiqat mövzusunun müəyyən olunması, keçiriləcək təlimlərin mövzuları, Mərkəzin fəaliyyəti üzrə potensial əməkdaşlıq müəssisələrinin seçilməsi, onlarla əməkdaşlıq sənədlərinin imzalanması və bir sıra digər inzibati işlər barədə fikir mübadiləsi aparılıb.
Pandemiya ilə əlaqədar layihənin müddətinin bir il uzadılmasının Avropa İttifaqı tərəfindən təsdiqlənməsini nəzərə alaraq, tərəflər işçi qaydada ikitərəfli müqavilənin qeyd olunan vaxta qədər uzadılması barədə razılığa gəliblər.
İnnovativ Texnologiyalar Mərkəzinin işi çərçivəsində klasterlərin yaradılması üçün işçi görüşlərin keçiriləcəyi də qeyd olunub.