Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiar olduğu Plimut İncəsənət Kolleci və “Asmart” yaradıcılıq mərkəzinin tərəfdaşlığı ilə icra edilən “Crafting Futures” layihəsi çərçivəsində yaradıcı öyrənmə modulu üzrə təlimlərin II pilot tətbiqetmə prosesi başa çatıb.
Təlim sessiyaları Plimut İncəsənət Kollecində “MA Creative Education: Making Learning” proqramının baş müəllimi Natalya Ernstman tərəfindən təqdim edilib.
Pilot olaraq həyata keçirilən təşəbbüsdən, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci və ölkə ərazisində fəaliyyət göstərən bir sıra peşə təhsil müəssisələrinin müəllimləri yararlanıblar.
Layihə Britaniya Şurasının təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Britaniya Şurası “Crafting Future” regional proqrama 2020-ci ilin mart ayından etibarən başlayıb. Proqram tətbiqi sənətin, sənətkarlığın dəstəklənməsi və inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini özündə ehtiva edir. Üç il müddətində proqram çərçivəsində Böyük Britaniyanın Plimut İncəsənət Kolleci ilə sıx əməkdaşlıq davam etdiriləcək.
Tehsil-press.az