BDU-da “Şəhidlər - mənəviyyata açılan pəncərə” adlı tədbir

BDU-da “Şəhidlər - mənəviyyata açılan pəncərə” adlı tədbir Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Şəhidlər - mənəviyyata açılan pəncərə” adlı onlayn tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU THİK sədri Hacıbaba Mustafayev Vətən müharibəsində qazandığımız şanlı Qələbədən, Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Bu istiqamətdə tələbə təşkilatı kimi Həmkarlar İttifaqlarının da əhəmiyyətli tədbirlər görə biləcəyini qeyd edib.
Filologiya fakültəsi üzrə THİK sədri Sezər Məmmədli, Jurnalistika fakültəsinin tələbəsi Nicat Osmanlı, Tarix fakültəsinin tələbəsi Cabir Əliyev Vətən müharibəsində qazanılmış şanlı Qələbədən, ermənilərin Qarabağdakı işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulan maddi-mənəvi zərər, eyni zamanda, şəhid və qazilərin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilən layihələrdən danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər