AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Beyin-kompüter interfeysi: mövcud vəziyyəti, arxitekturası, tətbiqləri və problemləri” mövzusunda məruzə dinlənilib.
Məruzəni institutun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov təqdim edib. O diqqətə çatdırıb ki, uzun illərdir bir çox tədqiqat mərkəzlərində insan beyni ilə müxtəlif cihazlar arasında birbaşa əlaqənin qurulması istiqamətində intensiv tədqiqat işləri aparılır. Bu tədqiqatlar beyin siqnalları vasitəsilə kompüterlər, əlil arabaları, protez cihazları və digər alətlərin idarə olunması məqsədilə həyata keçirilib.
İnsan beyni təqribən 100 milyard neyrondan ibarət mürəkkəb şəbəkədən təşkil olunub. İnsan düşünərkən, hərəkət edərkən, hiss edərkən və ya xatırlayarkən neyronlar işləyir, elektrik siqnallarını göndərməklə məlumatın ötürülməsini həyata keçirir. Həmin elektrik siqnallarını müxtəlif texnologiyaların köməyilə aşkarlamaqla cihazın, maşının, kompüterin idarə olunması məqsədilə istifadə etmək olar.
Daha sonra M.Həşimov diqqətə çatdırıb ki, 1970-ci illərdə tədqiqatçılar baş-beyindən əldə edilən elektrik fəaliyyətinə əsaslanan ibtidai idarəetmə sistemlərini yaradıblar. 1973-cü ildə isə belçikalı professor Jak Vidal insanın görmə istiqamətini təyin etmək üçün beyin siqnallarından istifadə edərək sistem hazırlayıb. Həmin sistemin köməyilə görmə əngəlli insanın hərəkət etmək istədiyi istiqaməti təyin etmək mümkün olub. Elə həmin dövrdə J.Vidal BKİ (beyin-kompüter interfeysi) terminini elmə gətirib.
BKİ sahəsində mövcud problemlərdən danışan M.Həşimov buraya nəticələrin qeyri-dəqiqliyi, təhlükəsizlik, texniki-təminat problemlərinin aid olduğunu qeyd edib.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az