Kompüter şəbəkələrinin təhlükəsizliyi metodları işlənir

Kompüter şəbəkələrinin təhlükəsizliyi metodları işlənir AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında magistrant Ayşən Rzayeva “Kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi metodları” mövzusunda dissertasiya işini təqdim edib.
Məruzəçi şəbəkə təhlükəsizliyinin qiymətləndirilməsində istifadə olunan müxtəlif metodlar haqqında məlumat verib. O, hücum qrafları, nüfuzetmə testləri və maşın təliminə əsaslanan metodların şəbəkə təhlükəsizliyinin qiymətləndirilməsində tətbiq olunan mühüm komponentlər olduğunu qeyd edib, onların üstün və çatışmayan cəhətlərinin müqayisəli analizini diqqətə çatdırıb. Məruzəçi maşın təliminə əsaslanan qiymətləndirmə metodları ilə apardığı eksperimentlər haqqında məlumat verib, istifadə olunan əlamətlər və maşın təlimi alqoritmlərinin müxtəlif metrikalar üzrə nəticələrinin müqayisəli analizini təqdim edib.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər