AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib.
Elmi müəssisənin texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Wi-Fi 6” texnologiyasının tətbiq sahələrinə həsr olunduğunu bildirib.
Məruzəni təqdim edən institutun proqramçısı Təbriz Ağaşov simsiz şəbəkə texnologiyalarından bəhs edərək, onları digərlərindən fərqləndirən əsas cəhət kimi ötürülmə mühiti olaraq radiosiqnallardan istifadə edildiyini deyib.
O, dünyanın ən böyük texniki mütəxəssislər birliyi olan Elektrik və Elektron Mühəndisləri İnstitutu tərəfindən hazırlanmış, 802.11ax adlı “Wi-Fi 6”nın inkişaf etmiş şəbəkə standartı olduğunu, “Wi-Fi 5” və ya 802.11ac standartı ilə müqayisədə istifadəçilərə məlumatların 40 faiz daha sürətlə ötürülməsini vəd etdiyini bildirib.
“Wi-Fi 6” texnologiyasının əsas üstünlüklərindən danışan məruzəçi onun daha böyük yaddaşa malik olduğunu vurğulayıb.
Qeyd edilib ki, “Wi-Fi 6”nın əsas xüsusiyyəti OFDMA (Orthogonal Frequency Division Multiple Access - Ortogonal Tezlik Bölməli Çoxsaylı Çıxış) dəstəyinin olmasıdır. OFDMA eyni vaxtda daha çox insanın, cihazların bir-birinə qoşulmasını təmin etmək imkanına malik texnologiyadır. “Wi-Fi 6”, həmçinin Target Wake Time funksiyasına malikdir. Bu xüsusiyyət cihazların yuxu rejiminə keçməsinə və cədvəl üzrə qeyd olunmuş vaxtda “oyanmasına” imkan verir. “Wi-Fi 6” həm də 2.4 və 5 GHz tezliklərini dəstəkləyir.
Məruzəçi “Wi-Fi 6”nı dəstəkləyən cihazlar haqqında məlumat verərək onların sayının hazırda az olduğunu, yalnız bir neçə yüksək səviyyəli noutbuklar və “Wi-Fi” qəbuledicilərinin bu texnologiyanı dəstəklədiyini diqqətə çatdırıb.
Sonda təqdimata dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az