Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) High Performance Computing (HPC) Elmi Mərkəzinin açılış mərasimi keçirilib.
Alim və mütəxəssislərin iştirak etdikləri mərasimdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə oluna bilən, müasir elmi istiqamət olan HPC Mərkəzi haqqında ətraflı məlumat verib. O, ADNSU-da belə bir mərkəzin yaradılmasında əsas məqsədin HPC-nin nəzəri və tətbiqi sahələrində yeni və innovativ tədqiqat ideyalarının yayılması, ölkəmizin sənaye və elmi mərkəzlərinin proqramlarının həyata keçirilməsi, məlumatların və proqramların respublika xaricinə ötürülməsinin qarşısının alınması, Big Data prosesinin idarə olunması və bu sahədə ixtisaslaşdırılmış kadrların hazırlanması olduğunu vurğulayıb.
Tədbirdə HPC Mərkəz haqqında videoçarx nümayiş etdirilib.
Sonra HPC Mərkəzin icraçısı Nigar İsmayılovanın geniş təqdimatı dinlənilib. Mərkəzdə bir məsələnin həlli “Real time” rejimində nümayiş olunub.
Mərkəzdə fəaliyyət göstərən müəllim və tələbələrə sertifikatlar təqdim edilib.
Tehsil-press.az