AzMİU-nun tələbələri ekoloji sənaye parklarının ətraf mühitin mühafizəsində rolu barədə məlumatlandırılıb

AzMİU-nun tələbələri ekoloji sənaye parklarının ətraf mühitin mühafizəsində rolu barədə məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Təmiz Şəhər” ASC arasındakı fəaliyyət planına əsasən Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbələri üçün bu semestrin yekun maarifləndirici seminarı keçirilib.
Seminarı “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev aparıb. Şöbə müdiri “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminarda görülmüş işlər barədə geniş məlumat verib. Həmçinin tələbələr məişət tullantılarının əmələgəlmə həcminin azaldılması, təkrar istifadə, çeşidləmə, enerji qənaəti, resurslardan daha səmərəli istifadə haqqında məlumatlandırılıb. Şirkətin həyata keçirdiyi layihələrdən danışan şöbə müdiri ekoloji sənaye parklarının ətraf mühitin mühafizəsində rolundan bəhs edib, bu sahədə görülən işləri diqqətə çatdırıb.
Tədbirdə Böyükşor gölünün əvvəlki və bugünkü vəziyyəti, eləcə də ekoloji sənaye parklarının fəaliyyətlərini əks etdirən videoçarxlar nümayiş olunub. Həmçinin bərk məişət tullantılarının çeşidlənməsi və təkrar xammal bazarının inkişafı ilə bağlı qurumun gördüyü işlər, gələcək planları və bu istiqamətdə yarana biləcək çətinliklərdən bəhs edilib.

Tehsil-press.az

Oxşar xəbərlər