Türk dünyasının böyük ədibləri: Nizami Gəncəvi, Yunus Əmrə və İbrahim Mütəfərrik

Türk dünyasının böyük ədibləri: Nizami Gəncəvi, Yunus Əmrə və İbrahim Mütəfərrik Azərbaycan Dillər Universitetində (ADU) Rumın dili və mədəniyyəti mərkəzinin və Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə “Türk dünyasının böyük ədibləri: Nizami Gəncəvi, Yunus Əmrə və İbrahim Mütəfərrik” adlı elmi-ədəbi gecə keçirilib.
Beynəlxalq əlaqələr üzrə prorektor professor Jalə Qəribova tələbələrin bu kimi görüşlərdən faydalanacaqlarına əmin olduğunu söyləyib. O, üç dahi söz ustadının həm həyatının, həm də yaradıcılığının uzun illər ərzində tədqiq olunduğunu və bu günümüzə qədər də araşdırıldığını qeyd edib.
Görüşdə Rumın dili və mədəniyyəti mərkəzinin müdiri Jozefina Batto tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, türk dünyasının böyük mütəfəkkirləri olan Nizami Gəncəvi, Yunus Əmrə və İbrahim Mütəfərrik zəngin yaradıcılığa və bəşəri ideyalara malik böyük şəxsiyyətlərdir. Bu üç dahi şəxsiyyətlərlə bağlı araşdırmalar aparılıb, əsərləri bir neçə xarici dillərə tərcümə olunub.
Tədbir tələbələrin hazırladığı bədii kompozisiya ilə başa çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər