Azərbaycan Universitetində “Uğurlu lider, müzəffər komandan” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Universitetində “Uğurlu lider, müzəffər komandan” mövzusunda dəyirmi masa keçirilib Azərbaycan Universitetində “Uğurlu lider, müzəffər komandan” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 18 illik çoxşaxəli fəaliyyətinə nəzər salınıb, onun xalqın etimadına və inamına arxalanaraq verdiyi qərarlarla torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasının yerinə yetirildiyi vurğulanıb.
Universitetin rektoru Səadət Əliyeva çıxışında qeyd edib ki, Azərbaycanın son 18 ildə əldə etdiyi bütün uğurlar cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Onun vaxtında və qətiyyətlə verdiyi qərarlarla ölkəmiz hərbi sahədə də lider olduğunu dünyaya nümayiş etdirib, cənab Prezident tarixə həm də qüdrətli hərbi lider kimi düşüb. O, lider-ordu-xalq birliyinə nail olaraq, böyük Zəfərə imza ataraq bütün dünya qarşısında azərbaycanlı olmağımızla fəxr etməyimizə, dünya azərbaycanlılarının sevinc və qürur hissləri keçirməyinə səbəb olub.
İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev bildirib ki, cənab Prezidentin rəhbərliyində böyük strateji xəttin müəyyənləşdirilməsi bütün sahələrdə böyük irəliləyişə güclü təkan verib. Bu gün Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi təsadüf deyil, qətiyyətli, müdrik, uzaqgörən, məqsədyönlü siyasətin, böyük əməyin nəticəsidir.
Maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişi Azərbaycanın son 18 ildə əldə etdiyi iqtisadi uğurlar haqqında danışıb. Kafedra müdiri qeyd edib ki, qeyri-neft sektoruna ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük nailiyyətlər əldə olunub.
Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyevanın çıxışı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin humanitar sahədə əldə etdiyi irəliləyiş və uğurlara həsr olunub. Çıxışda qeyd olunub ki, humanitar sahəyə göstərilmiş diqqət və sosial problemlərin həlli Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas amillər sırasındadır. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın səmərəli fəaliyyəti, diqqət və qayğısı da xüsusi qeyd olunmalıdır.
Çıxış edənlər cənab Prezidentin bu gün doğum günü olduğunu bildirib, Azərbaycan Universitetinin kollektivi adından 60 illik yubileyi münasibətilə ona təbrik və ən xoş arzularını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər