AzTU daha bir universitetlə əməkdaşlıq edəcək

AzTU daha bir universitetlə əməkdaşlıq edəcək Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
SDU-nun rektoru professor Elxan Hüseynov AzTU ilə əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
AzTU-nun rektoru professor Vilayət Vəliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində son illər görülən işlər və həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki,universitetlər arasında imzalanacaq memorandum əməkdaşlığın genişlənməsi ilə yanaşı, elmin və təhsilin inkişafına böyük təkan verəcək.
Daha sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədə əsasən tərəflər təhsil və elm sahəsində əməkdaşlıq edəcək, həmçinin təcrübə mübadiləsi aparacaq.

Tehsil-press.az



Oxşar xəbərlər