AzTU ilə Kazan Federal Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb

AzTU ilə Kazan Federal Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb Azərbaycan Texniki Universiteti (AzTU) ilə Kazan (Volqa bölgəsi) Federal Universiteti arasında ikili diplom proqramı haqqında müqavilənin imzalanma mərasimi keçirilib.
Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsinin iqtisadiyyat, proseslərin avtomatlaşdırılması və nəqliyyat mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələri bu proqramdan yararlana biləcək. Tələbələrin I və II kursu AzTU-da, III və IV kursu isə Kazan Federal Universitetində təhsil alması nəzərdə tutulur. Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə hər iki ali məktəbin diplomları təqdim olunacaq.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Kazan Federal Universiteti Naberejnıye Çelnı İnstitutunun direktoru Mahmut Qəniyev və hər iki ali məktəbin nümayəndələri iştirak edib.
Vilayət Vəliyev AzTU-da təhsilin və elmi-tədqiqatın inkişafı üçün görülən işlər haqqında qonaqlara məlumat verib. Bildirib ki, AzTU təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə xarici universitetlərlə əməkdaşlığa önəm verir. Rektor Kazan Federal Universiteti ilə əməkdaşlığın növbəti mərhələsinin hər iki ali məktəb üçün faydalı olacağına ümidvar olduğunu deyib.
Daha sonra Mahmut Qəniyev rəhbərlik etdiyi ali məktəb haqqında təqdimatla çıxış edərək onun elm-təhsil potensialı barədə məlumat verib. Tərəflər birgə tədqiqat işləri, magistr və doktorant hazırlığı istiqamətində də əməkdaşlığın vacibliyini qeyd ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər