“Procter & Gamble Azərbaycan” şirkəti ADNSU-nun tələbələri üçün sessiya keçirib

“Procter & Gamble Azərbaycan” şirkəti ADNSU-nun tələbələri üçün sessiya keçirib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Procter & Gamble Azərbaycan” şirkəti onlayn infosessiya keçirib.
Şirkətin marketinq üzrə təcrübəçisi Banuçiçək Qurbanova tələbələr üçün təcrübə imkanları haqqında təqdimatla çıxış edib, ADNSU və Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinə “Yay təcrübə proqramı” barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, şirkət 3-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri üçün satış və marketinq departamentlərində 2022-ci ilin yay təcrübəsi üçün qəbulu davam etdirir.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər