Turizm və Menecment Universitetində şəhidlərin xatirəsi anılıb

Turizm və Menecment Universitetində şəhidlərin xatirəsi anılıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbələrin iştirakı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Ali zirvənin fatehləri” adlı tədbir keçirilib.
Tədbirdə şəhidlər - Əsəd Əsədli, Fikrət Məmmədov, Elnur Nurullayev, Aqşin Abdullayev, gizirlər Cavanşir Əhmədov, Sadiq Azayev, mayor Rüfət Əsgərov, kapitan Sənan Kərimov, polkovnik-leytenant Sədi Musayev və leytenant Elvin Şükürlünün xatirəsi anılıb.
Tədbirdə şəhidlərə həsr edilən videoçarx nümayiş etdirilib, Coşqun Cəfərinin “Anacan az ağla” musiqisi səsləndirilib.
Qeyd edək ki, şəhid ailələrinin də iştirak etdikləri tədbirin təşkilatçıları ATMU-nun Sosial menecment fakültəsinin muzey, arxiv işi və abidələrin qorunması ixtisasının birinci kurs tələbələridir.

Tehsil-press.az


Oxşar xəbərlər