Amsterdamda polislə aksiya iştirakçıları arasında qarşıdurma - Video

Amsterdamda polislə aksiya iştirakçıları arasında qarşıdurma - Video Niderlandın paytaxtı Amsterdam şəhərində aksiya iştirakçıları arasında şiddətli qarşıdurma baş verib.
Aksiya iştirakçıları ölkədə koronavirus pandemiyası ilə bağlı növbəti karantin rejiminə etiraz edirlər.
Sosial şəbəkələrdə yayılan görüntülərdən polisin aksiya iştirakçılarına qarşı şiddətə baş vurduğunu görmək mümkündür. Bununla yanaşı, polislər aksiyaya xidməti itləri cəlb edib.
“NL Times” nəşri yazır ki, etiraz aksiyası şiddətli qarşıdurmaya çevrildiyindən polis əməkdaşları etirazçılara qarşı güc tətbiq etməli olub.
Ümumilikdə aksiyada 3500-dən çox insan iştirak edir. Ölkə polisi etiraz aksiyalarında daha bir neçə min insanın iştirak edəcəyini gözləyir.



Tehsil-press.az


Oxşar xəbərlər