Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya fakültəsinin ingilis dili kafedrasının müəllimləri üçün keçirilən TKT (Teaching Knowledge Test) təliminin iştirakçılarına sertifikatlar təqdim edilib. Təlim Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzi tərəfindən təşkil olunub.
Təlimdə iştirakçılar, ilk növbədə, ixtisas biliklərini artırıblar. TKT müəllim peşəsinə başlayanlar üçün gərəkli təlimdir. Belə ki, TKT gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir.
Təlimin üstünlüklərindən biri də sonda iştirakçıların beynəlxalq sertifikat əldə etmək imkanıdır.

ADU-nun Mətbuat Xidməti