AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin "Məczub Təbrizi və Foruq Fərruxzadın şeirləri" adlı dərs vəsaiti işıq üzü görüb. Dərs vəsaitində tanınmış tərcüməçi İbrahim Quliyevin iki ayrı-ayrı üslub və dəsti-xəttə malik olan şairin əsərlərindən etdiyi tərcümələr toplanmışdır. XVII əsrdə yaşamış Məczub Təbrizi klassik ədəbiyyatı, Foruq Fərruxzad isə XX əsrin yeni poeziyasını (şeire-no) təmsil edir. Tərcüməçi farscadan çevirdiyi şeirlərin təkcə orijinaldakı obraz, vəzn, qafiyə sistemini deyil, həm də ruhunu saxlaya bilmişdir. Dərs vəsaitini fars dilindən tərcümə sahəsində uğurlu bir addım hesab etmək olar.
Vəsait mütəxəssislər və ali məktəblərin tərcümə ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Vəsait mütəxəssislər və ali məktəblərin tərcümə ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
BSU-nun Mətbuat Xidməti