Bakı Dövlət Universitetində (BDU) xərçəng hüceyrələrinə qarşı inhibirləşdirici təsirə malik olan gümüş nanohissəciklərinin sintezi istiqamətində tədqiqatlar uğurla davam edir.
BDU-nun Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynovanın həmmüəllifi olduqları “Ananas comosus meyvə qabıqlarından istifadə edərək gümüş nanohissəciklərinin ekoloji cəhətdən təmiz sintezi: antixərçəng və antimikrob təsirlər” adlı məqalə “Web of Science” bazasında Q1 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “Bioinorganic Chemistry and Applications” jurnalında dərc olunub.
Məqalədə ananas comosus meyvə qabıqlarından istifadə edərək gümüş nanohissəciklərinin yaşıl sintezindən bəhs edilir. Son dövrlərdə metal nanohissəcikləri, xüsusən də gümüş nanohissəciklərinin bir çox istiqamətlərdə, o cümlədən tibdə geniş istifadə olunduğu məlumdur. Bu baxımdan görülən elmi-tədqiqat işi yüksək aktuallığa malikdir. Aparılan tədqiqatlar nəticəsində alınmış gümüş nanohissəcikləri bir çox müasir metodlardan istifadə olunaraq tədqiq edilib. Həmçinin məqalədə gümüş nanohissəciklərinin bəzi patogen mikroorqanizmlərə qarşı antimikrob, o cümlədən xərçəng hüceyrələrinə qarşı inhibirləşdirici təsiri müəyyən edilib.
Tehsil-press.az