BDU-da aparılan tədqiqat nəticələrinin istehsalatda tətbiqi üzrə işlər davam edir

BDU-da aparılan tədqiqat nəticələrinin istehsalatda tətbiqi üzrə işlər davam edir Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində növbəti elmi seminar keçirilib.
Seminarda doktorant Orxan Güləhmədov “Triboelektrik nanogeneratorlar vasitəsilə yüksək gərginlik xətlərinin monitorinqinin aparılması” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə triboelektrik nanogeneratorlardan yüksək gərginlikli elektrik xətlərinin monitorinqi zamanı sensor kimi istifadə olunması təklif olunur. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, generatorlarda gümüş nanonaqillərdən elektrod kimi istifadə olunması sensorların həssaslığını kəskin olaraq artırır. Maqnit xassəli nanozərrəciklərin sensorların həssaslığına təsiri istiqamətində tədqiqatlar davam edir.
Seminarda Mərkəzin əməkdaşları, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər