Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda Vətən müharibəsi: dövlət, xalq, ordu birliyi. Uğurlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Konfransda universitetin rektoru akademik Kamal Abdulla 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki və dünyanın hərb tarixindəki mövqeyini ətraflı təhlil edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, hərb meydanında verdiyi müdrik və cəsarətli qərarları, diplomatiyadakı uzaqgörənliyi və siyasi qətiyyəti, informasiya sahəsindəki geniş erudisiyası sayəsində, eləcə də ən müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusunun və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının hünəri, rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib.
Akademik Kamal Abdulla Azərbaycanın 44 gündə Qələbə ilə başa çatdırdığı Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb, əsrlər boyu bu müharibə haqqında danışılacağına əminliyini bildirib.
Rektor qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşib öz haqq savaşını ləyaqətlə, cəsarətlə və böyük inamla aparmağı bacardı. Vətən müharibəsində Azərbaycan xalqı ona aid olanı özünə qaytardı: “Biz qalib, məğrur xalqıq. İnanıram ki, qalib xalq olmaq mədəniyyətini və məsuliyyətini ləyaqətlə yaşayacağıq. Bu Zəfər Azərbaycan xalqının şanlı, tarixi zəfəridir. Qələbə Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti ilə qazanılıb”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən, əzm və qətiyyətdən danışıb. Qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək bütün dünyaya erməni vandallığının sərhəd tanımadığını sübut etdi. Dağıdılan məktəblər, qəbiristanlıq və xəstəxanalar bunun əyani sübutudur.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Pakistan Müasir Dillər Universitetinin dekanı Lodhi Sofia və başqaları erməni vandallarının Qarabağda törətdikləri vəhşiliklər haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün Qarabağda böyük quruculuq işləri görülür və doğma yurdlarından uzaq düşən insanlar tezliklə dədə-baba torpaqlarına dönəcəklər.
ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri dosent Qorxmaz Mustafayev “Şanlı Qələbəmiz və vandalizmə məruz qalmış abidələrimiz” mövzusunda çıxış edib. Azərbaycan xalqının əsrlər boyu öz mədəni abidələrinə necə ehtiramla və hörmətlə yanaşması, onu qoruması xüsusi olaraq vurğulanıb. Tarix boyu sülhsevər və tolerant xalq olan Azərbaycan xalqına məxsus abidələrin erməni vandalları tərəfindən dağıntıya məruz qaldığı söylənilib.
Xarici dillər kafedrasının müdiri Nigar Əsgərova “ABŞ-ın Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində iştirakı: dəyişən mövqe və dəyişməyən reallıqlar” mövzusunda, müəllim Aysel Bağırova “44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya: regionun tarazlıq kəmərindən keçid bölgəyə transformasiyası” mövzusunda çıxış ediblər.
Konfrans bölmə iclasları ilə yekunlaşıb.
Tehsil-press.az