Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqları qiymətləndiriləcək

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqları qiymətləndiriləcək Dekabrın 18-də Azərbaycan Texniki Universitetində Bakının məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.
Qiymətləndirmə bu qurumun məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi və “Allianz” MMC tərəfindən aparılacaq.
Qiymətləndirmənin keçirilməsinin məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı faydalanmaqdır.
Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə keçiriləcək. Birinci mərhələdə iştirakçılara 110 sual təqdim edilməklə onların informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İmtahanın müddəti iki saat müəyyənləşdirilib.
İkinci mərhələdə isə iştirakçıların praktik bacarıqları müəyyən olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər