İlahiyyat İnstitutunun kafedra müdirinin məqaləsi beynəlxalq jurnalda dərc olunub

İlahiyyat İnstitutunun kafedra müdirinin məqaləsi beynəlxalq jurnalda dərc olunub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarovun “Fəlsəfi kəlam və əxlaq fəlsəfəsi aspektlərindən teodisiya problemi: Nəsirəddin Tusi mərkəzli bir analiz" adlı məqaləsi Türkiyənin Atatürk Universitetinin beynəlxalq indeksli “İlahiyyat tetkikleri” impakt faktorlu jurnalında dərc olunub.
A.Qafarov məqalədə Nəsirəddin Tusinin fəlsəfədə şər probleminə dair yanaşmalarını izah edib.
Yazıda Nəsirəddin Tusinin fəlsəfi düşüncələri nümunəsində orta əsr İslam fəlsəfi fikrində şər problemi Tanrının ədalətli olduğuna dair konsepsiya ilə uzlaşdırılaraq təhlil edilir, eyni zamanda, fəlsəfi, teoloji və etik aspektlərdən əsaslandırılır.
Qeyd edək ki, dosent A.Qafarovun fəlsəfə, teologiya və etikaya dair bir çox əsəri var. O, bir neçə nüfuzlu elmi jurnalın redaksiya heyətinin üzvüdür.

Tehsil-press.az


Oxşar xəbərlər