Cahit Bağçı: Qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras qalacaq

Cahit Bağçı: Qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras qalacaq Bu il Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Qardaş ölkələr arasında münasibətlər tarixi köklərə malikdir. Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında olub.
Bu fikirləri Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan Texniki Universitetində tələbələrlə görüşündə bildirib.
Səfir qeyd edib ki, tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras qalacaq.

Tehsil-press.az

Oxşar xəbərlər