Bakı Dövlət Universitetində (BDU) 44 günlük Vətən müharibəsində iştirak edən tələbələrlə görüş olub.
Görüşdə BDU-nun rektoru Elçin Babayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb.
E.Babayev şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, əsgər və zabitlərimizin misilsiz rəşadətindən, əzmkarlığından, xalqımızın mübarizliyindən söz açıb, bu tarixi Zəfərin Prezident-Xalq-Ordu birliyi sayəsində əldə olunduğunu vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.
Rektor qazi tələbələrin təhsilləri ilə maraqlanıb, onlara qanunvericilik çərçivəsində hər cür dəstək göstəriləcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, BDU Elmi şurasının qərarı ilə alt qruplarda təhsil alan tələbələr ödənişdən azad olunublar. Müharibə iştirakçısı olan tələbələrin yüksək təhsil almaları üçün bütün şərait yaradılıb.
Görüşdə qazilərin sualları cavablandırılıb, təkliflər nəzərə alınıb.
Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az