Atalıq məzuniyyəti bu şərtlərlə veriləcək - RƏSMİ

Atalıq məzuniyyəti bu şərtlərlə veriləcək - RƏSMİ Azərbaycanda atalıq məzuniyyətinin hansı şərtlərlə veriləcəyi məlum olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı atalıq məzuniyyətinin verilməsi qaydalarını açıqlayıb.
Onun sözlərinə görə, həyat yoldaşı doğuşa və hamiləliyə görə məzuniyyətdə olan şəxslər doğum ərəfəsində ananın doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış alacaq. Həmin tibbi arayışı iş yerinə təqdim etməlidirlər. Sözügedən arayış əsasında iş yeri ata namizədlərinə 14 gün ödənişli məzuniyyət verəcək.
Qurum rəsmisi bildirib ki, atanın məzuniyyət pulu standart qaydada ödəniləcək. Bundan əlavə, qeyd olunub ki, hər bir övlad üçün atalıq namizədi hüquqdan istifadə etmək mümkün olacaq.
Xatırladaq ki, ödənişli atalıq məzuniyyətinin verilməsi qanunvericiliyə daxil edilir.

Tehsil-press.az



Oxşar xəbərlər