“WorldSkills Asia” təşkilatının 5-ci Baş Assambleyası çərçivəsində Rəsmi Komitənin onlayn iclası keçirilib.
19 üzv dövlətin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən iclas zamanı iyul-avqust aylarında keçiriləcək növbəti dost yarışlarının formatı və ixtisas siyahısı təsdiqlənib. Həmçinin təşkilata yeni üzv olan Tailand Krallığı ratifikasiya edilib. Malayziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək yarışların təşkilati məsələləri müzakirə olunub.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” platforması 2020-ci ildə “WorldSkills Asia” təşkilatına üzv seçilib. "WorldSkills Asia” Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsi üçün yaradılmış təşkilatdır.
“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
Tehsil-press.az