Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə məsaməli beton blokları istehsalçısı “AAC” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Görüşdə universitetin rektoru professor Gülçöhrə Məmmədova tələbələrin əmək bazarına çıxışını təmin etmək üçün universitet-sənaye işbirliyinin inkişaf etdirilməsinin rəhbərlik etdiyi təhsil müəssisəsi üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Gülçöhrə Məmmədova gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
Görüşdə iştirak edən İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov və Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev müqavilənin hər iki qurum arasında əlaqələri daha da genişləndirəcəyini, həmçinin tələbələrin gələcək karyerasında mühüm rol oynayacağını bildiriblər.
“AAC” MMC-nin baş direktoru Ayaz Əliyev AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını, elm ocağının kadrlarının məsləhət və tövsiyələrinə ehtiyac duyduqlarını deyib.
Qeyd edək ki, memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, tədrisin keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılmasını, tələbələrin təcrübəyə cəlb edilməsini, şirkət tərəfindən təşkil olunan yerli və beynəlxalq layihələrdə iştirak etməsini, birgə seminarların, kurs və təlimlərin təşkilini, elmi tədbirlərin keçirilməsini əhatə edir.
Tehsil-press.az