2022-ci ilin 1 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2 fevral – Azərbaycan Gənclər Gününə həsr olunmuş “Gəncliyin Gücü” adlı tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib.
Azərbaycanda Gənclər Gününün qeyd olunmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Ş.Bayramov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin hazırda Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edən rektor bu gün ölkəmizdə gənclərin müasir dövrün tələblərinə uyğun hərtərəfli inkişafı üçün bütün zəruri şəraitin və geniş imkanların yaradıldığını bildirib.
Azərbaycan gəncliyinin yüksək vətənpərvərliyindən bəhs edən Ş.Bayramov Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qarabağ Zəfərinin qazanılmasında, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisində gənclərin müstəsna rolundan danışıb.
Gənclərlə işin MDU-da əsas prioritetlərdən biri olduğunu diqqətə çatdıran rektor universitetdə tələbələrin Vətənə, dövlətə və xalqa bağlı layiqli mütəxəssis kimi yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.
Müasir dövrdə təhsilin gənclərin inkişafında önəmindən danışan Ş.Bayramov bununla bağlı tələbə gənclərə müvafiq tövsiyələrini çatdırıb və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra, MDU-nun İqtisadiyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Zamin Cəfərovun moderatorluğu ilə davam edən tədbirdə universitet tələbələrinin məruzələri dinlənilib.
Tələbələrdən Sevinc Əhmədova “Heydər Əliyevin gənclər siyasəti”, Fəridə Ələkbərova “Gənclərin Azərbaycançılıq məfkurəsi: mənəvi dəyərlər”, Fatimə Babayeva “Ölkəmizi dünyada tanıdan gənclər: uğura gedən yol” və Fidan Balaşova “Azərbaycanın milli mədəni irsinin qorunmasında gənclərin rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra ədəbi-bədii hissə ilə davam edən tədbirdə tələbələrin təqdimatında müxtəlif mahnılar və şeirlər səsləndirilib, rəqslər ifa edilib.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da gənclərlə işin təkmilləşdirilməsi və onlar üçün əlverişli ali təhsil mühitinin təmin edilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır və bu məqsədlə müvafiq tədbirlərin reallaşdırılmasına xüsusi önəm verilir.
Tehsil-press.az