BDU-nun tələbəsi Harvard Universitetinin kursunda iştirak edib

BDU-nun tələbəsi Harvard Universitetinin kursunda iştirak edib Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Jurnalistika fakültəsinin I kurs magistrantı Hacıbaba Mustafayev Harvard Universitetinin təşkil etdiyi kursda iştirak edib.
“Təhsil müəssisəsi menecmenti və rəhbərliyi” mövzusunda keçirilən təlimlər səkkiz həftə davam edib.
Kurs idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarının tətbiqi, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu və s. kimi mövzuları əhatə edib.
Kursu uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

Tehsil-press.az

Oxşar xəbərlər