ABŞ Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının başçısı öldürülüb.
Bu barədə ABŞ Prezidenti Co Baydenin fevralın 3-də Ağ evin mətbuat xidməti tərəfindən açıqlanan yazılı bəyanatında bildirilir.
“Ötən gecə mənim əmrimə əsasən ABŞ Silahlı Qüvvələri amerikalıların və bizim müttəfiqlərimizin müdafiəsi, həmçinin dünyada təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə uğurlu antiterror əməliyyatı keçiriblər”, - sənəddə belə deyilir. Məlumata görə, əməliyyat nəticəsində İŞİD-in başçısı Əbu İbrahim əl-Haşimi əl-Qureyşi məhv edilib.
Bəyanatda qeyd olunur ki, əməliyyatda iştirak etmiş amerikalılar arasında itki yoxdur.
Tehsil-press.az