Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıqla bağlı növbəti görüş təşkil olunub

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıqla bağlı növbəti görüş təşkil olunub “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Türkiyə Peşə Təhsili Baş İdarəsi arasında növbəti onlayn görüş keçirilib.
Görüşdə imzalanmış protokola uyğun olaraq 4 ixtisas üzrə təhsil proqramları və planlarının hazırlanması müzakirə edilib. Birgə əməkdaşlıq çərçivəsində mebel sənayesi, turizm və ictimai iaşə, həmçinin İKT sahəsini əhatə edən 4 ixtisas üzrə tədrisin təşkili nəzərdə tutulur. Bundan əlavə, Türkiyə təcrübəsinə əsaslan təhsil planlarının yerli şəraitə uyğunlaşdırılması üzrə işlərə başlanılıb. Protokol çərçivəsində hazırlanacaq 4 ixtisas üzrə təhsil proqramlarının Bakı və Qəbələ şəhərində yerləşən peşə təhsili müəssisələrində tətbiqi gözlənilir.
Qeyd edək ki, bu istiqamətdə davamlı olaraq keçirilən görüşlərin məqsədi “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” və protokol çərçivəsində işlərin müzakirəsidir. Sözügedən Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.

Tehsil-press.az

Oxşar xəbərlər