
Bu layihənin tərəfdaşları V.İ.Vernadski adına Fond, Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurası və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Davamlı İnkişaf Mərkəzidir.
Qış məktəbində Rusiyanın müxtəlif ali məktəblərini, “Molodaya qvardiya”, “Molodyojnıy parlament”, “İnnovasionnıy sentr Skolkovo”, “Volontyorı Podmoskovya” və başqa ekoloji, gənclik və könüllülər təşkilatlarını təmsil edən yüzdən çox gənc iştirak edir.
Mərasimin panel sessiyasını RAGB-nin məsul katibi Ceyhun Hüseynov açıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın tədbir iştirakçılarına xoş arzularını çatdırıb.
Sonra çıxış edən spikerlər ətraf mühitin keyfiyyətinin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmiş ekoloji layihələrin əhəmiyyəti barədə məlumat veriblər.
Məktəb iştirakçıları onlar üçün təşkil edilmiş ustad dərslərində və treninqlərdə ekoloji terminologiya ilə tanış olub, uğurlu biznes-keysləri nəzərdən keçiriblər. Ekspertlər ekoloji layihələndirmə məhsullarının hədəf auditoriyası ilə bağlı məsələlərə diqqət yetiriblər.
Üç günlük məşğələlər başa çatandan sonra komandalar müəyyən ekoloji problemin həllinə yönəlmiş layihələri müdafiə edəcəklər.
Tehsil-press.az