Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasda qış imtahan sessiyasının nəticələri geniş müzakirə olunub. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov qeyd edib ki, müəssisədə qış imtahan sessiyasının şəffaf keçirilməsi məqsədilə bütün zəruri tədbirlər yüksək səviyyədə həyata keçirilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq, qərəzsizlik və obyektivlik təmin edilib. Sessiya zamanı müəssisə rəhbərliyi imtahan prosesini diqqət mərkəzində saxlayıb və imtahanların gedişini izləyib. O, həmçinin təlim-tədris prosesinin effektivliyinin, eləcə də magistrantlar tərəfindən biliklərin mənimsənilmə səviyyəsinin öyrənilməsi məqsədilə onlarla mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edib. Şura sədri bildirib ki, magistrantların elmi səviyyəsinin yüksəldilməsi məqsədilə dərsdənkənar laboratoriya məşğələləri də təşkil olunur.
İnstitutun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri Həmayil Adıgözəlzadə magistrantların qış imtahan sessiyasının nəticələri və növbəti yaz semestrinə hazırlıq işləri barədə məlumat verib.
Daha sonra müəssisədə biofizika ixtisası üzrə tədris planında II semestr üçün nəzərdə tutulmuş ixtisas və ixtisaslaşmaya ayrılan fənlərin proqram və sillabusları müzakirə olunaraq təsdiq edilib.
Sonda Gənclər Günü münasibətilə Biofizika İnstitutunda gənc alimlər arasında keçirilən müsabiqənin nəticəsi elan olunub.
İnstitutun elmi katibi dosent Florida Mehrəliyeva diqqətə çatdırıb ki, müsabiqə 2021-ci ildə çap olunmuş elmi məqalələrin sayı, eləcə də əldə edilmiş elmi nailiyyətlər üzrə aparılıb. Müsabiqənin nəticəsinə əsasən, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova 2021-ci ildə uğurlu fəaliyyətinə görə fəxri diploma layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər