Magistrantların elmi-pedaqoji təcrübələrinin təşkili məsələsi müzakirə edilib

Magistrantların elmi-pedaqoji təcrübələrinin təşkili məsələsi müzakirə edilib AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının hibrid formatda növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, müəssisənin baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. İclasda institutun Bitki biotexnologiyası laboratoriyası üzrə vakant olan laboratoriya müdiri vəzifəsinin tutulması üçün müsabiqədə iştirak edən biologiya üzrə fəlsəfə doktoru, dosent Mahirə Məmmədovanın namizədliyi müzakirə olunub. Onun laboratoriya müdiri vəzifəsinə təsdiq olunması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar AMEA Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilib.
İnstitutun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmovanın Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən "Buğdada quraqlığa davamlılığa cavabdeh açar genlərin ekspressiyası ilə metabolom arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi əsasında stresə davamlılıq mexanizminin konseptual modelinin işlənib hazırlanması” mövzusunda layihə üzrə tədqiqatları davam etdirmək məqsədilə Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda Bitki genetikası və biotexnologiyası departamentinə ezam edilməsi, 2021/2022-ci tədris ilində qış imtahan sessiyasını uğurla başa vurmuş II kurs magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin təşkili məsələsi və digər təşkilati məsələlər müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər