“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək gənclərin müəyyən edilməsi üçün kibertəhlükəsizlik üzrə milli yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini İdris İsayev kibertəhlükəsizliyin əhəmiyyətindən bəhs edib. Bu sahənin dövlət tərəfindən xüsusi diqqət mərkəzində olduğunu bildirib. O məlumat verib ki, ali təhsilin bakalavr səviyyəsində mindən artıq, magistratura səviyyəsində isə 30-dan çox tələbə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi istiqamətində təhsil alır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov “WorldSkills Azerbaijan” təşkilatı haqqında məlumat verib. Diqqətə çatdırıb ki, təşkilata 85 ölkə üzvdür. Azərbaycan da “WorldSkills Azerbaijan” təşkilatına 2020-ci ilin oktyabrında üzv qəbul olunub. Qalib iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq, “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaqlar. Hazırlıq prosesinin sonunda iki iştirakçı komanda formatında oktyabrın 12-17-də “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək.
Sonda Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində keçirilən yarışın qalibləri – Sənan Nəcəfov, Vüsalə Ələkbərova, Xalid İsmayıllı, Məhəmmədcan Məhəmmədcanov, İsgəndər İsgəndərov, Mikayıl Mustafayev təltif edilib.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
Tehsil-press.az