“Total Energies” təqaüdləri üçün yekun nəticələr mart ayında elan ediləcək

“Total Energies” təqaüdləri üçün yekun nəticələr mart ayında elan ediləcək Azərbaycan-Fransız Universitetində (UFAZ) “Total Energies” şirkətinin təhsil təqaüdləri üçün imtahan keçirilib.
“Total Energies EP Absheron B.V.” hər il 10 nəfər azərbaycanlı tələbəyə Fransa universitetlərində magistratura pilləsində təhsil almaq üçün təqaüdlər verir. Təhsil təqaüdləri geofizika, kimya, kompüter elmləri, ətraf mühit və enerji sahələri üzrə mühəndislik proqramlarına ayrılır.
İmtahan iki mərhələdən ibarətdir. Birinci mərhələdə namizədlər riyaziyyat və məntiq üzrə yazılı imtahan verirlər. Namizədlərdən ixtisasla yanaşı, ingilis və fransız dili bilikləri də tələb olunur.
On beş nəfər ən yaxşı nəticə göstərmiş namizəd fevralın 28-də “Total Energies EP Absheron B.V.” şirkətinə müsahibəyə dəvət olunacaq. Yekun nəticələr mart ayının ortalarında elan ediləcək.
İmtahanda 35 namizəd iştirak edib. Onlardan 25-i UFAZ-da təhsil alan və ya məzun olmuş şəxslərdir. Uğurlu namizədlər 2022-2023-cü tədris ilində Fransada təqaüdlə magistratura pilləsində təhsil almaq hüququ əldə edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər