Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, bir çox beynəlxalq akademiyaların üzvü, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev çoxşaxəli fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə, yüksəkixtisaslı mütəxəssislər yetişdirilməsinə böyük töhfələr verir. O, bir alim olaraq zəngin, məhsuldar ömür yaşayır, ziyalı olaraq aktiv fəaliyyəti ilə cəmiyyətə yetərincə fayda verir.
Azərbaycan elmi elitasının parlaq nümayəndələrindən biri olan akademik Arif Paşayevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Arif Paşayev 1934-cü il fevralın 15-də Bakıda Mir Cəlal Paşayev və Püstə xanımın ailəsində dünyaya göz açıb. Onun ata ocağı - görkəmli yazıçı, ədəbiyyatşünas-alim və pedaqoq Mir Cəlal Paşayevin evi dövrün bir çox məşhur simalarının tez-tez yığışdığı ədəbi-elmi məclisləri xatırladırdı. Bütün bunlar ailənin övladlarının dünyagörüşünün formalaşmasına hələ uşaqlıqdan öz təsirini göstərirdi. Püstə xanım Paşayeva deyərdi: “Mənim uşaqlarım həyatda elə oturub-durublar ki, başımızı həmişə uca eləyiblər. Məktəbdə əlaçı olublar, müəllimləri həmişə məni təbrik edib, ev tərbiyələrindən razı qalıblar. Arif onilliyi yenicə qurtarmışdı. Atası istəyirdi ki, gedib Moskvada oxusun, gözü açılsın, 17 yaşında uşağın uzağa getməsindən qorxurdum. Sonra onu yola saldıq. Dalınca da həmişə sovqat göndərirdim. Nəhayət oxudu, gəldi. Gözü-könlü seçdiyi qızla evləndi, ondan da iki qızı oldu”.
Qeyd edək ki, Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib, 1959-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA) Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. 1960-cı ildə SSRİ-nin aparıcı elmi mərkəzlərindən sayılan Dövlət Nadir Metallar İnstitutunun (Qiredmet) aspiranturasına qəbul olub. 1965-ci ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. O, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb. Bu qurğular dünyanın bir çox elmi mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində tətbiq olunur. Əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib, beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunub.
Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində elektromaqnit üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. Onun tədqiqatları əsasında sualtı obyektlərə nəzarət və tədqiq üçün nəzərdə tutulmuş telemetrik, çoxfunksiyalı, hidroakustik kompleks aparat yaradılıb. 1991-ci ildə Arif Paşayev “Avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsində kompleks işlərə görə” Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Onun elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. Alim yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaradıb. Uzun illər ərzində zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub.
Akademik 600-dən çox elmi əsərin, 60-dan artıq kitabın, monoqrafiyanın müəllifidir. Həmçinin 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri alıb. “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. “VEKTOR”— Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ali mükafatı olan “Qızıl medal”la təltif edilib.
Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenlərinə layiq görülüb.
Görkəmli alimin rəhbərliyi ilə çoxsaylı namizədlik dissertasiyaları müdafiə olunub. O, eyni zamanda, Rusiya, Ukrayna, Latviya, Estoniya və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış edib.
Akademik Arif Paşayevin həyatının böyük bir dövrü milli aviasiyanın təşəkkülü və inkişafı ilə bağlıdır. O, Milli Aviasiya Akademiyasına 26 ildir uğurla rəhbərlik edir. Burada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni ixtisasların tədrisinə başlanılıb. Mülki aviasiyanı bütün istiqamətlər üzrə beynəlxalq tələblərə cavab verən milli kadrlarla təmin etməkdə Akademiya misilsiz rol oynayır.
Bu nüfuzlu təhsil və elm ocağının fəaliyyətinin əsas istiqamətlərindən biri isə hazırkı dövr üçün xüsusi aktuallıq kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasıdır.
Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərcik salınıb. Davamlı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarət, sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksəkixtisaslı mütəxəssislərin tədris prosesinə cəlb olunması Arif Paşayevin əsas iş prinsipləridir. Xalq şairi Nəriman Həsənzadənin dediyi kimi, akademik Arif Paşayev - içində intibah gəzdirən insandır. Onu müəllimlər də, tələbələr də sevirlər.
Akademik Arif Paşayevin bir rektor, pedaqoq və alim kimi öz yetirmələri ilə fəxr etməyə tam haqqı var, çünki akademiyanı belə bir yüksək səviyyəyə məhz o çatdırıb. Həyata keçirilən böyük işlərin nəticəsidir ki, Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülüb və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilib.
Alimin rəhbərlik etdiyi Azərbaycan Mühəndislik Akademiyası isə “Azərbaycan Hava Yolları” (AZAL) QSC ilə birgə aviasiya sahəsində kadrların peşəkarlıq səviyyəsinin inkişafı və təkmilləşdirilməsi, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində fəal iş aparır. Azərbaycan Milli Aviasiya Akademiyasında yerləşən Pilotların Hazırlıq Mərkəzi Azərbaycan mülki aviasiyası kadrlarının hazırlanması üçün əsas baza hesab olunur.
Görkəmli akademik geniş elmi-praktiki, elmi-təşkilati, pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyəsini daim diqqətdə saxlayan qayğıkeş rəhbərdir. Akademik Akif Əlizadə deyir: “Arif müəllim hər bir əməkdaşa fərdi yanaşmağı bacarır. Onun başqalarının uğurlarına sevinmə qabiliyyəti, qayğılarına şərik olma xüsusiyyəti göz qabağındadır. Arif Paşayevin çoxillik həyat təcrübəsi və cəmiyyətdə baş verən proseslərə məsuliyyətli münasibəti ziyalılıq üçün bir nümunədir”.
Yeri gəlmişkən, Azərbaycan Mühəndislik Akademiyası həm Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin idarə edilməsi, həm də mühəndis ixtisası daxil olmaqla, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində işləyir. Eyni zamanda, gənc alimlər üçün Aviakosmos” istiqaməti üzrə hər il seminarlar, məktəblər təşkil edilir. Bununla yanaşı, Azərbaycan Mühəndislik Akademiyası bütün qüvvələrini qeyri-neft sənayesinin inkişafına, aqrar sektorun sənayeləşməsinə və dirçəldilməsinə yönəldib.
Böyük ziyalı, daim axtarışda olan zəhmətkeş alimin elmi fəaliyyətinin, rəhbərlik etdiyi sahələrdə qazanılan uğurların fəlsəfəsinə toxunarkən texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun bu fikirləri yada düşür: “O, daim həqiqət axtarışında olan narahat insan idrakının nüvəsi kimi ideya və fikirlərin generatorudur. Məhz onun ötürdüyü impulslar insanı ona məlum olmayan və ya az məlum olan aləmə ehtirasla baş vurmağa təhrik edir. O aləmin dərinliklərinə irəlilədikcə, insan durmadan onu yaradıcılığa təhrik edən fəlsəfi fikrin istiqamətlərini müəyyənləşdirməyə çalışır, tədqiqatlar nəticəsində əldə etdiyi məlumatların bazasında əvvəlcə düşüncələrini ehtiva edən “həqiqət necə olmalıdır” nəzəriyyəsini yaradır, sonra isə saysız-hesabsız eksperimentlər vasitəsilə riyazi, fiziki və digər hesablamalar apararaq düsturlarla zənginləşdirir, nəhayət, bir qədər əvvəl ona dərkedilməz, mümkünsüz görünən həqiqəti tapır”.
Azərbaycan elmini dünya səviyyəsində layiqincə təmsil edən akademik Arif Paşayev, eyni zamanda, xeyirxah, mehriban, təvazökar, humanist insandır. Onun müdrikliyi və vətənpərvərliyi elmi, pedaqoji və təşkilatçılıq fəaliyyətində hər zaman özünü göstərir.
Arif Paşayev həm də gözəl ailə başçısıdır, vətəni və xalqı üçün dəyərli övladlar yetişdirib. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidentidir.
Görkəmli alimi doğum günü münasibətilə təbrik edirik, Azərbaycan elminin inkişafı naminə yorulmaz fəaliyyətində davamlı uğurlar və tükənməz həyat enerjisi arzulayırıq.
Tehsil-press.az