İsparta Tətbiqi Elmlər Universitetindən professor Mustafa Avcı, Meşə zərərvericiləri ilə mübarizə dairə müdiri Şaban Bıyıklı və Meşə zərərvericiləri ilə mübarizə şöbəsinin müdiri Akın Emin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar.
İnstitutun baş direktoru akademik İradə Hüseynova qonaqlara elmi müəssisənin yaranma tarixi, onun yaradıcısı akademik Cəlal Əliyev, burada aparılan tədqiqatlar, o cümlədən bitki xəstəlikləri ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonra qonaqlar institutun laboratoriyaları ilə tanış olublar. Görüşdə elmi əməkdaşlıq üçün geniş imkanlardan danışılıb, perspektivlər müzakirə edilib.
Tehsil-press.az