Türkiyənin Dokuz Eylül Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 5 elm sahəsini (biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri) əhatə edən beynəlxalq onlayn elmi seminar ötən il böyük uğurla həyata keçirilib və tədbirin materialları onlayn nəşr edilərək yayılıb. Dokuz Eylül Universiteti tərəfindən 2022-ci ildə 2-ci beynəlxalq elmi seminarın daha geniş formatda keçirilməsinə dair AMEA-ya müraciət edilib. Bununla bağlı AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın Dokuz Eylül Universitetinin Fənn fakültəsinin dekanı professor Aylin Alınla onlayn görüşü keçirilib.
Görüşdə akademik İradə Hüseynova və professorlar Aylin Alın, Levent Çavaş, eləcə də digər iştirakçılar Türkiyə ilə Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən, 2021-ci ildə keçirilmiş beynəlxalq seminarın uğurundan, universitetlə AMEA arasında elmi əlaqələrin inkişaf perspektivlərindən danışıblar.
Tədbirdə hərtərəfli müzakirələr nəticəsində 2-ci beynəlxalq seminarın 2022-ci ilin noyabr ayında hibrid formada və paralel sessiyalarla keçirilməsi, elmi istiqamətlərinin və iştirakçıların coğrafiyasının daha da genişləndirilməsi, elmi və texniki təşkilat komitələrinin ən qısa zamanda formalaşdırılması, təkmil veb-saytının yaradılması və s. məsələlərlə bağlı vacib qərarlar qəbul olunub.
Tehsil-press.az