UFAZ-da fəaliyyət planı və tədrislə bağlı məsələlər müzakirə olunub

UFAZ-da fəaliyyət planı və tədrislə bağlı məsələlər müzakirə olunub Azərbaycan-Fransız Universitetinin (UFAZ) Akademik Komitəsinin iclası keçirilib.
İclasda pandemiya şəraitinin tədris prosesinə və tələbələrin nəticələrinə təsiri, magistratura proqramlarının cari vəziyyəti, növbəti tədris ili üçün akademik təkliflər, UFAZ-da tədqiqat sahəsində planlaşdırılan işlər, 2022-ci il üçün fəaliyyət planı və tədrislə bağlı qeyri-akademik məsələlər haqqında müzakirələr aparılıb.
Komitə, eyni zamanda, bakalavr pilləsinin sonuncu kursunda və magistratura pilləsində təhsil alan tələbələrinin yerli və beynəlxalq şirkətlərdə, habelə Fransanın müxtəlif laboratoriyalarında təcrübə imkanlarını müzakirə edib və bu istiqamətdə tərəfdaş şirkətlər və elm mərkəzləri ilə əməkdaşlığın vəziyyətini dəyərləndirib.
Qeyd edək ki, UFAZ-ın Akademik Komitəsi elm, təhsil və elmi məsələlərin araşdırılmasında məsul olan icraedici orqandır.
Komitə bütün pedaqoji və akademik fəaliyyətlərə dair inzibati məsələləri müzakirə etmək üçün ildə iki dəfə Bakıda və Strasburqda toplanır.

Tehsil-press.az


Oxşar xəbərlər