Müəllimlərlə dərsdinləmələrin nəticələri müzakirə edilib

Müəllimlərlə dərsdinləmələrin nəticələri müzakirə edilib Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən məktəblərdə görüşlər keçirilib.
Metodik xidmətin təşkili məqsədilə məktəblərdə keçirilən görüşlərdə müəllimlərlə dərsdinləmələrin nəticələri müzakirə edilib. Onlara dərsin planlaşdırılması, təşkili, şagirdlərin fəaliyyətə stimullaşdırılması, şagirdlərə konstruktiv rəyin verilməsi və s. istiqamətlərdə ilkin metodik tövsiyələr verilib və bu mövzularda suallar cavablandırılıb.
Görüşlər 227, 75 və 38 saylı tam orta məktəblərdə keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər